Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov çıxarıb.

Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə ittiham olunur.