Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayət üzrə məhkəmə iclası təxirə salınıb.
Məhkəmə Aydın Əliyevin şikayətini qanunvericiliyin tələblərinə uyğun hazırlamadığı üçün hazırlıq iclası təxirə salınıb.
Məhkəmə Aydın Əliyevə şikayətini hazırlaması üçün avqustun 19-na kimi vaxt verib.
Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi.