AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Türkiyənin hərbi dənizçiləri Azərbaycan gəmisində məşqləri izlədi – FOTO
  • Elvin İsayev Azərbaycana deportasiya edildi
  • Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq
  • Ərdoğan Qənirə Paşayevanın şeirini söylədi – VİDEO
  • Çingiz Mustafayev adına radiostansiya Mirşahinə satılmayacaq
  • Tayvanda yanğın zamanı 7 nəfər ölüb
  • 460 abonetin qaz verilişi dayandırıldı
  • Məhərrəm Əliyev yeni vəzifəsində ilk tədbirində – FOTOLAR
  • Azərbaycandan Avropa Parlamentinin 751 deputatına məktub
  • Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb
  • Türkiyənin hərbi dənizçiləri Azərbaycan gəmisində məşqləri izlədi – FOTO
  • Elvin İsayev Azərbaycana deportasiya edildi
  • Ərdoğan Qənirə Paşayevanın şeirini söylədi – VİDEO
  • Çingiz Mustafayev adına radiostansiya Mirşahinə satılmayacaq
  • Məhərrəm Əliyev yeni vəzifəsində ilk tədbirində – FOTOLAR
  • Azərbaycandan Avropa Parlamentinin 751 deputatına məktub
  • Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb
  • “Xarici xüsusi xidmət orqanlarına işləyən 15 nəfər saxlanılıb” – Elçin Quliyev
  • Baş Nazir nizamnaməni təsdiqlədi
  • Honkonqda iğtişaşlar zamanı baş verən ölümlə bağlı 5 nəfər həbs olunub
  • Bakıda 8 ailə üzvünün namizədliyini irəli sürən bələdiyyə sədri hamısını geri çəkdi
  • Paşinyan Ərdoğana qarşı həddini aşdı
  • Ana və qızının meyiti tapılan evin sahibi məmurdur
  • Ana və qızının meyiti tapıldı – Bakıda dəhşət
  • Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb
  • Ermənistanda həftə ərzində orta məktəblərdə üçüncü bıçaqlanma hadisəsi olub
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
Xəbər 08/11/2019 15:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Əli Həsənovdan Bayraq günü ilə bağlı paylaşım

Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına – Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib. Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri – bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.

Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində yazıb.

O bildirib ki, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökümət bu bayraqdan imtina edib:

Oxumağa dəyər:   "Sanki Məmmədyarovun erməni həmkarı görüşlərə çay içməyə gəlir"

“İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında “üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və “üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar verib. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq, onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli lider söyləyirdi ki, “biz dövlət rəmzlərimizi – himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir”.

Oxumağa dəyər:   Prezident Boris Consonu təbrik etdi

Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin imzaladığı sərəncamla Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda “Milli Bayraq Günü” kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanıb. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırımış, hər bir azərbaycanlı da öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi “Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” kimi duyğusal fikirlər hər bir azərbaycanlının və bütün soydaşlarımızın qəlbini riqqətə gətirib.

Oxumağa dəyər:   Tramp Meksika və Kanada ilə ticarət sazişini Konqresə göndərib

Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılıb. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər”.

Azərbaycan24 sosial şəbəkələrdə
InstagramdaInstagramda izlə
Twiter-də izlə
Açar sözlər:Azərbaycan, Bakı, Dağlıq Qarabağ, İlham Əliyev, Qarabağ

Həmçinin baxın

Xəbər 14/12/2019

Türkiyənin hərbi dənizçiləri Azərbaycan gəmisində məşqləri izlədi – FOTO

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim…

Read more
Paylaş
Xəbər 14/12/2019

Elvin İsayev Azərbaycana deportasiya edildi

Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə…

Read more
Paylaş
Xəbər 14/12/2019

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində  məntəqələrə yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrindəki çipi oxuya bilən…

Read more
Paylaş
Xəbər 14/12/2019

Ərdoğan Qənirə Paşayevanın şeirini söylədi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ahıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı anma mərasimində…

Read more
Paylaş
Xəbər 14/12/2019

Çingiz Mustafayev adına radiostansiya Mirşahinə satılmayacaq

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi 102,1 MHs-ə…

Read more
Paylaş
Xəbər 14/12/2019

Məhərrəm Əliyev yeni vəzifəsində ilk tədbirində – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Müşavirədə Prezidentin…

Read more
Paylaş
Xəbər 14/12/2019

Azərbaycandan Avropa Parlamentinin 751 deputatına məktub

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” üzvləri Avropa Parlamentinin 751 deputatına məktub göndərib. Məktubda…

Read more
Paylaş
Sosial-iqtisadi 14/12/2019

“Xarici xüsusi xidmət orqanlarına işləyən 15 nəfər saxlanılıb” – Elçin Quliyev

“Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən…

Read more
Paylaş
Xəbər 14/12/2019

Bakıda 8 ailə üzvünün namizədliyini irəli sürən bələdiyyə sədri hamısını geri çəkdi

Bakıda bələdiyyə sədri 8 ailə üzvünün namizədliyini geri götürüb. Bir müddət öncə sosial şəbəkələrdə Suraxanı…

Read more
Paylaş
Xəbər 14/12/2019

Paşinyan Ərdoğana qarşı həddini aşdı

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Senatının “erməni soyqırımı”nı tanıması ilə bağlı qətnaməsini alqışlayıb.  …

Read more
Paylaş
Xəbər 14/12/2019

Ana və qızının meyiti tapılan evin sahibi məmurdur

Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.Xəbər verir ki, qətl Bakıxanov…

Read more
Paylaş
Hadisə 14/12/2019

Ana və qızının meyiti tapıldı – Bakıda dəhşət

Bakıda ana və qızı öldürülüb. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə feysbuk…

Read more
Paylaş
Xəbər 14/12/2019

Con Lennonun eynəyi 183 min dollara satıldı – Fotolar

“The Beatles” qrupunun üzvü, britaniyalı musiqiçi Con Lennonun yumru eynəyi hərracda 183 min dollara satılıb.…

Read more
Paylaş
Xəbər 14/12/2019

Rusiyada Narkoloji Dispanserdə yanğın – 1 ölü, 7 yaralı

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.Bu…

Read more
Paylaş
Xəbər 14/12/2019

Bu məhsullar yuxusuzluğa səbəb olur

ABŞ-ın Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Həkim və cərrahlar kolleci qida rasionunun yuxunun keyfiyyətinə təsirini…

Read more
Paylaş

Video xəbərlər

  • “YouTube” son 10 ilin ən populyar kliplərini açıqladı – Video
  • Növbə gözləyərkən bunları etməyin! – Video
  • Gecə xuliqanlıq edənlərin adları məlum oldu – Yeni video
  • Bakıda yeni su elektrik stansiyası istismara verildi – Video
  • Əlibıçaqlı xuliqanlar Bakının mərkəzində soyundu – Fotolar + Video

Sorğu

  • Sorğu arxivi

Xəbər Lenti

14/12/2019
15:22 Türkiyənin hərbi dənizçiləri Azərbaycan gəmisində məşqləri izlədi – FOTO
15:07 Elvin İsayev Azərbaycana deportasiya edildi
14:57 Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq
14:33 Ərdoğan Qənirə Paşayevanın şeirini söylədi – VİDEO
14:32 Çingiz Mustafayev adına radiostansiya Mirşahinə satılmayacaq
14:12 Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14:07 460 abonetin qaz verilişi dayandırıldı
14:03 Məhərrəm Əliyev yeni vəzifəsində ilk tədbirində – FOTOLAR
13:57 Azərbaycandan Avropa Parlamentinin 751 deputatına məktub
13:47 Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb
12:02 “Xarici xüsusi xidmət orqanlarına işləyən 15 nəfər saxlanılıb” – Elçin Quliyev
11:37 Baş Nazir nizamnaməni təsdiqlədi
11:22 Bakıda marşrutla KİA toqquşdu – 6 sərnişin yaralandı
11:17 Meksikada 3D printerdə dünyada ilk rayon çap edilib
11:02 Honkonqda iğtişaşlar zamanı baş verən ölümlə bağlı 5 nəfər həbs olunub
10:42 Bakıda 8 ailə üzvünün namizədliyini irəli sürən bələdiyyə sədri hamısını geri çəkdi
10:27 “Nokia C1” smartfonu təqdim edilib
10:12 Paşinyan Ərdoğana qarşı həddini aşdı
10:07 Ana və qızının meyiti tapılan evin sahibi məmurdur
09:57 Ana və qızının meyiti tapıldı – Bakıda dəhşət
09:27 Restrukturizasiya nə vaxt başa çatır?
08:57 Con Lennonun eynəyi 183 min dollara satıldı – Fotolar
07:54 Qəzzada toqquşmalar zamanı 5 fələstinli yaralanıb
07:52 Rusiyada Narkoloji Dispanserdə yanğın – 1 ölü, 7 yaralı
07:47 Tramp demokratları “nifrət partiyası” adlandırıb
07:02 Morales Argentinada Boliviya ilə sərhəd yaxınlığında yaşayacaq
06:22 Bu məhsullar yuxusuzluğa səbəb olur
06:02 Tramp Meksika və Kanada ilə ticarət sazişini Konqresə göndərib
05:22 “YouTube” son 10 ilin ən populyar kliplərini açıqladı – Video
05:02 Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib
03:57 Tramp: “ABŞ-ın kosmik qüvvələri hücum xarakterli olacaq”
03:34 “Xaç atası – 2” filminin aktyoru vəfat etdi
03:32 Ermənistanda həftə ərzində orta məktəblərdə üçüncü bıçaqlanma hadisəsi olub
02:02 Britaniyanın İcmalar Palatası gələn həftə “Brexit”in müzakirəsinə başlayacaq
01:12 Tramp: “ABŞ və Çin ticarət sazişinin birinci mərhələsini razılaşdırıb”
00:57 Saakaşvilinin iqamətgahı satıldı – Mehmanxana olacaq
00:22 Bu il dünyada 75 KİV əməkdaşı öldürülüb
13/12/2019
23:07 Kanadada naməlum şəxs ətrafdakılara atəş açıb, xəsarət alan var
22:37 Türkiyə parlamenti ABŞ Senatının “erməni soyqırımı” qanun layihəsinə etiraz edib
22:19 Prezident Boris Consonu təbrik etdi
22:17 Tramp: “Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar”
22:12 Qazax-Ağstafa istiqamətində strateji irəliləyiş – Sərhəd Xidmətindən açıqlama
21:52 “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” – İlyas İsmayılov məhkəmədə
21:41 Azərbaycan XİN-dən ABŞ-a etiraz
21:39 Bakının ən mərkəzi rayonunda yeni rəis təyinatı
21:37 “Sanki Məmmədyarovun erməni həmkarı görüşlərə çay içməyə gəlir”
21:37 Ərdoğana itki üz verdi
20:17 Əbülfəs Qarayev almaniyalı naziri qəbul etdi
19:22 38 yaşlı kişi özünü yandırıb intihar etdi
18:42 Bakının mərkəzində ‘oyun çıxaranlara’ cinayət işi açıldı – Fotolar
18:33 “Bu, bir daha göstərir ki, düzgün qərar qəbul etmişik”
18:12 “Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlandı
17:57 Gələn həftə üçün məzənnə
17:52 Əqli qüsurlu şəxs intihar edib
17:44 İstirahət günlərinin havası açıqlandı
17:42 Qubada məktəbdə yanğın, şagirdlər təxliyyə edildi – Fotolar
17:37 Antisanitar çörək sexi aşkarlandı – Fotolar
17:34 ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
17:29 Fransada fırtına elektrik təchizatında fəsadlar törədib
17:27 15 yaşlı qızın vurulduğu yolda sürət həddi dəyişib – Foto

Əvvəlki xəbərlər

Facebook-da izləyin

  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2019 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla