Vəzifəsini itirən Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov ehtiyyat tədbirlərinə əl atıb.

Bu barədə ‘Azərbaycan 24’ə Əli Həsənovun biznes şəbəkəsində təmsil olunan mənbədən məlumat daxil olub. Mənbənin iddiasına görə Əli Həsənova aid olan klinika, təhsil şəbəkəsi və digər biznes obyektlərindən vəsaitlər kiçik məbləğlərlə bölünərək müxtəlif yaxın şəxslərin adı ilə ölkə xaricinə göndərilir.

İddiaya əsasən əsas məbləğlər Türkiyə, BƏƏ və bir neçə Avropa ölkəsinə istiqamətləndirilir.  Həsənovlar ailəsinin bu yolla  ‘hər gedişata’ hazır olmaq məntiqini seçdiyi bildirilir.

Pul köçürmələrinin hansı miqyasda olduğuna dair dəqiq məlumat bəlli olmasa da prosesin ara vermədən davan etdiyi söylənilir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.