Fevralın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı F.Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.

İstinadlar Report