2022-ci ildə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2021-ci illə müqayisədə 28 %-dən çox artıb.
Bunu Baş nazir Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
“Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk 4 ayda biz qarşılıqlı ticarəti 22 % artırmağa nail olmuşuq”, – deyə o qeyd edib.
İclasda mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.