Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstanı Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.

Söhbət zamanı Prezident İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirilib.

İstinadlar Report