Baş nazir Əli Əsədov bu gün ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

İstinadlar Qafqazinfo