AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib
  • Putin: “Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır”
  • Şamaxıda “Şəbədə” tamaşası nümayiş etdirilib – Fotolar
  • ABŞ Dövlət Departamenti: Ermənistanda insan haqları pozulur
  • Pentaqon Ukraynaya “Abrams” tankları göndərməyi planlaşdırır
  • MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir
  • Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir
  • Yevlax sakininin meyiti Gədəbəydə aşkarlanıb
  • Prezident: “Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”
  • Blinken: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini bundan sonra da davam etdirəcək”
  • Şamaxıda “Şəbədə” tamaşası nümayiş etdirilib – Fotolar
  • ABŞ Dövlət Departamenti: Ermənistanda insan haqları pozulur
  • Azərbaycan Prezidenti Ermənistanın vəziyyəti gərginləşdirmək siyasəti yürütdüyünü Blinkenin diqqətinə çatdırıb
  • Dövlət başçısı: “Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır”
  • İlham Əliyev: “Ermənistanın 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur”
  • Blinken İlham Əliyevə zəng etdi
  • Ermənistandan qanunsuz hərbi yüklərin daşınması davam edir
  • Ramazanda sağlam qidalanmaq üçün – Bunları edin
  • Pakistan məhkəməsi İmran Xanın terrorizm ittihamı ilə bağlı həbsinə xitam verib
  • QMİ Ramazan ayı ilə bağlı fətva verdi
  • Ölkəyə yarım milyona yaxın qızıl keçirmək istədi
  • Gürcüstan Prezidenti azərbaycanlıları təbrik edib – Foto
  • Türkiyəni AŞPA-da təmsil edən millət vəkili: “AP-nin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamənin heç bir qüvvəsi yoxdur”
  • Elçin Əmirbəyov: “Ermənistan sülh prosesini əngəlləməyi dayandırmalı və danışıqlar masasına qayıtmalıdır”
  • “Məktəbim” layihəsinin şagirdləri üçün Novruz şənliyi təşkil edildi – Fotolar
  • “Amazon” daha 9 min nəfəri işdən çıxaracaq
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Ələtdə vaqonların təkərləri oğurlanıb – VİDEO
09/02/2023 14:56
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
21/03/2023 18:26
Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
20/03/2023 22:32
Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO
20/03/2023 20:38
“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
20/03/2023 18:35
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO
20/03/2023 14:23
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
20/03/2023 12:37
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO
20/03/2023 11:11
“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
20/03/2023 11:03
“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
19/03/2023 20:50
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
19/03/2023 13:59
“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
19/03/2023 10:08
Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO
18/03/2023 17:37
Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
18/03/2023 13:32
İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video
17/03/2023 20:29
“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
17/03/2023 10:29
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video
16/03/2023 20:02

Video xəbərlər

  • “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
  • 58 gün sonra 55 yaşında… – Video+Fotolar
  • Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
  • Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
  • Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

24/03/2023
06:17 Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib
05:08 Kahramanmaraşda zəlzələ olub
04:11 Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi mövcud məhdudiyyətlərdən yayınmaqla mübarizəyə yönələcək
01:50 Fransada etirazlarda 120-dən çox polis yaralanıb
01:23 Fransada pensiya islahatlarına qarşı etirazlarda Bordo meriyasının binası yandırılıb
00:14 Bakıda 8 yaşlı uşağı yük avtomobili vuraraq ağır xəsarət yetirib
23/03/2023
23:50 CNN: “ABŞ-də təyyarənin pilotu uçuş zamanı huşunu itirib”
23:31 “Bild”: “Atası Rusiya kəşfiyyatının generalı çıxan AŞ proqramının rəhbəri vəzifəsindən gedib”
23:29 Fəlakətdən 45 gün sonra…
22:44 Blinken ABŞ-nin Ukraynaya lend-liz çərçivəsində silah vermədiyini bildirib
22:16 İsmayıllıda 60 yaşlı qadın intihar edib
22:14 Şamaxıda ağır qəza oldu, ölən var
21:44 Ramazan ayının ikinci gününün duası – İmsak və iftar vaxtı
21:29 Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb
21:26 Ən çox istinad edilən alimlərimiz – Siyahı
21:23 AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb
21:16 Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağına əmindir
21:14 Qərbi Azərbaycan İcması: “Paşinyan azərbaycanlıların geri qayıtma hüququna xələl yetirir”
20:40 ABŞ Türkiyənin “F-16″larının modernləşdirilməsini dəstəklədiyini açıqlayıb
20:38 Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi – Foto
20:29 Pentaqon: “Çinin Rusiyaya dəstəyinin artması narahatlıq doğurur”
19:50 Krımda Ukrayna bayrağı dalğalandı – VİDEO
19:29 Macarıstan Putini həbs etməyəcəyini açıqlayıb
19:14 Tətildə 30 mindən çox ağac əkildi – Fotolar
18:59 Finlandiyanın NATO-ya üzvlük məsələsi TBMM-ə daxil oldu
18:53 Slovakiya dörd “MiQ-29” qırıcısını Ukraynaya təhvil verib
18:44 London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı – Fotolar
18:23 Finlandiyanın NATO-ya üzvlüyünə dair qanun təklifi TBMM komissiyasında qəbul edilib
18:14 Ayxan Hacızadə: “Səfirimiz Niderland XİN-ə çağırılmayıb”
18:08 Finlandiya Prezidenti Ukraynaya 14-cü hərbi yardım paketini təsdiqləyib
18:04 Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada nümayəndəlik açacaq
18:02 “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
17:53 Ayxan Hacızadə: “Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir”
17:49 XİN: “Ermənistan Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxiləyə son qoymalıdır”
17:47 Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu
17:44 Azərbaycan XİN Paşinyanın iddialarına cavab verib
17:35 Vətən müharibəsi şəhidinin atası vəfat etdi
17:25 QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının növbəti iclası Rusiyada keçiriləcək
17:23 Sabirabadda növbəti ting paylama aksiyası keçirildi
16:50 “Ermənistan regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir”
16:23 “Moskva Rusiya-İran-Azərbaycan formatında görüşün mümkün olacağına ümid edir”
15:53 BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilib
14:59 Rusiya XİN: “Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq”
14:38 Azərbaycan XİN Pakistanı təbrik edib
14:29 UNEC və ADU dünyanın ən yaxşı universitetləri arasında
14:17 Azərbaycanlı deputat Fransa XİN başçısına: “Gələcəyin varsa, görəcəyin də var”
14:08 Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib
13:32 Fransada tətillər davam edir: limanların, zavodların, yanacaqdoldurma məntəqələrinin, məktəblərin işi dayandırılıb
13:20 İranda yaşayan soydaşlarımız aksiyalar keçirir
12:44 Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb
12:29 Sabahın havası açıqlandı
12:26 HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilib
12:17 Qardaşı: “Qəza Oqtaygil çəkilişdən qayıdıb bağ evinə gedən vaxt baş verib”
12:08 “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
11:47 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
11:44 Xəzər rayonunda hərbi sursat aşkar edildi
11:38 İstirahət günlərində rayonlarda hava necə olacaq?
11:32 Səfir: “Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək”
11:26 Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb
11:23 “Regionda yaranmış yeni reallıqlar İranın yuxusuna haram qatıb”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Ələtdə vaqonların təkərləri oğurlanıb – VİDEO

Hadisə 09/02/2023 14:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələri və təkərləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Multimedia 21/03/2023 18:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.

İşlər artıq yekunlaşmaq üzrədir.

Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Multimedia 20/03/2023 22:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.

Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.

Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.

Oxumağa dəyər:   Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər

Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.

Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Multimedia 20/03/2023 20:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sürücülərdən qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Saatından asılı olmayaraq texniki müayinə mərkəzlərində rahatlıqla texniki baxışdan keçmə imkanı yaradılıb.

Texniki Müayinə Mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün ayrıca qəbul pəncərəsi fəaliyyətə başlayıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Multimedia 20/03/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi RPİ, eləcə də ərazi polis şöbə və bölmələri rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti dəfə əməliyyat keçirib.

Əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olmaları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib, daha 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa dəyər:   Azərbaycanın təbəssümdən ötə bir şeyə ehtiyacı yoxdur

Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Multimedia 20/03/2023 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Oxumağa dəyər:   Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər

Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 11:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Multimedia 20/03/2023 11:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəhid ailələri və müharibə qazilərinə həmişə diqqət və qayğısı ilə seçilən “Azland plaza” şirkəti növbəti dəfə Novruz bayramı ərəfəsində sosial aksiyaya qoşulub.

Şirkət tərəfindən bayram münasibətilə Bakıda Birinci və İkinci Qarabağ müharibələri qaziləri və şəhid ailələri ilə görüş keçirilib, onlara bayram sovqatları paylanıb.

Tədbirdə çıxış edən “Azland” şirkətinin rəhbəri Bəhruz Tağıyev Vətənin çətin günündə canını sipər edən oğulların və onların ailə üzvlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, sosial qayğı ilə əhatə olunduqlarını dilə gətirib: “Mən “Azland Plaza” MMC-nin rəhbəri olaraq Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm, bol ruzi-bərəkət arzulayıram. Şirkətin fəaliyyətə başladığı dövrdən daim qazi və şəhid ailələrinə bacardığım qədər maddi və mənəvi dəstək olmuşam, əmək qabiliyyətini tam itirməyənləri işlə təmin etmişəm. Biz bu gün firavan həyat keçirməyimizə görə şəhidlərimizə, qazilərimizə  borcluyuq, bu səbəbdən onlara yardım etməyi özümə borc bilirəm. Allah onları qorusun! Bundan sonra da eyni tendensiya ilə davam edəcəyik. Bugünkü tədbirimizin məqsədi bayramqabağı az da olsa onları sevindirmək və fədarkarlıqlarına qiymət verməkdir. Allah Prezidentimizi qorusun, onun rəhbərliyi altında Müzəffər Ordumuz zəfər qazandı. Xalq olaraq birliyimiz bizi daim sarsılmaz edəcək”.

Oxumağa dəyər:   Bakıda avtomobildən 10 min manat oğurlandı

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü Rey Kərimoğlu da göstərilən qayğı və diqqətə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün bayram ərəfəsində toplaşmışıq. “Azland plaza” şirkətinin dəstəyilə “Qarabağ Qaziləri” İB-nin Sabunçu rayon filialı tərəfindən bu məclis təşkil edilib. Biz də birliyimizin rəhbərliyi adından “Azland plaza” şirkətinə təşəkkür edirik. Bu şirkət həmişə qazilərə dəstək olub, kömək edib. Gördüyünüz kimi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qaziləri bir araya toplaşıb. Allah hər kəsin canını sağ eləsin, qazilərimiz, şəhid ailələrimiz başda olmaqla xalqımızın bayramı mübarək olsun!”

Tədbirdə çıxış edən qazilər həmişə şirkət rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. “Qarabağ qaziləri” İB-nin Nizami Rayon filialının sədr müavini Nicat Cəlilov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Azland plaza” şirkətinin rəhbərliyinə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm ki, qazilərə belə diqqət yetirirlər. Bəhruz müəllimin atası Qabil müəllim də qazi olub, mənim atam Kərim Cəlilovla döyüş yoldaşı olublar. Biz Vətən müharibəsinin iştirakçıları da onların yolu ilə gedirik”.

Oxumağa dəyər:   BMT-də Novruz bayramı qeyd olunub

Digər bir Vətən müharibəsi qazisi Nurlan Məmmədov isə qazi yoldaşları ilə bu bayram ərəfəsində görüşə görə çox şad olduğunu ifadə edib: “Biz çox sevindik ki, qaziləri bu Novruz bayramı ərəfəsində bir yerə toplayıblar. Yığışdıq, bayramı bir yerdə keçirdik. Bizə diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Tədbirdə, həmçinin müharibədə müstəsna xidmətlər göstərmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Onların içərisində tibb işçiləri ilə yanaşı Azərbaycanda ilk tank taborunu yaradan Birinci Qarabağ müharibəsi qazisi Zahid Nəzərov da var.

Qeyd edək ki, “Azland plaza” MMC tərəfindən ümumilikdə 104 şəhid ailəsi və müharibə qazisinə bayram sovqatı təqdim edilib.










InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Multimedia 19/03/2023 20:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Qəza Çağrı Xidməti şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Birliyin rəhbər şəxsləri şöbə əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra bayram günündə Birliyin 104/185 Çağrı Mərkəzinə daxil olan bəzi müraciətləri qurum rəsmiləri özləri cavablandırıblar.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Multimedia 19/03/2023 13:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Oxumağa dəyər:   Azərbaycanın təbəssümdən ötə bir şeyə ehtiyacı yoxdur

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Multimedia 19/03/2023 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva Tərtərin Talış kəndinə səfər edib.

Dövlət başçısı və xanımı səfər zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olublar.

Burada Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Həmin görüşün videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Hadisə 18/03/2023 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Belə ki, Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.

Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər.

Araşdırma zamanı saxlanılan şəxslərdən biri – Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Oxumağa dəyər:   Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Multimedia 18/03/2023 13:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

– obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;
– ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;
– çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;
– ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib, Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxumağa dəyər:   Ermənistandan qanunsuz hərbi yüklərin daşınması davam edir

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Multimedia 17/03/2023 20:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb. 

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Oxumağa dəyər:   BMT-də Novruz bayramı qeyd olunub

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Multimedia 17/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “AzərEnerji” silsilə tədbirləri davam etdirir.

Müstəqil energetikanın banisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən “Azərbaycan” İES, “Şimal” ES, “Bakı” İEM və “Şəmkir” SESS-də, o cümlədən “AzərEnerji”nin balansında olan “Qobu”, “Sumqayıt”, “Cənub” və digər elektrik stansiyalarının ərazisində ağacəkmə aksiyası keçirilir. Bundan əlavə ölkənin digər yerlərində olan 500, 330 və 110 kilovoltluq yarımstansiyaların ərazisində də ağaclar əkilir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. Bakı və ölkənin regionlarında yerləşən enerji obyektlərində “hərə bir ağac əksə” devizi ilə keçirilən aksiyalarda müxtəlif növdə 5 minə yaxın ağac əkilir.

Qeyd edək ki, bundan əvvəl də “AzərEnerji”, “Azərişıq” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi iə əlaqədar olaraq Xocəsən qəsəbəsində 7 minədək ağac əkilməsi aksiyasını gerçəkləşdirib.

Oxumağa dəyər:   Hindistan ABŞ-a etiraz notası verib




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Multimedia 16/03/2023 20:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 21/03/2023 18:26

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Read more
Multimedia 20/03/2023 22:32

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Read more
Multimedia 20/03/2023 20:38

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Read more
Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
Multimedia 14/03/2023 17:47

Bakıda qumbara tapıldı – Video

Read more
Hadisə 14/03/2023 15:53

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Read more
Hadisə 14/03/2023 11:57

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Read more
Hadisə 14/03/2023 10:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Read more
Multimedia 14/03/2023 06:29

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Vdieo – VİDEO

Read more
Multimedia 13/03/2023 19:32

Qəbələdəki meşə yanğını söndürüldü – Video +

Read more
Multimedia 13/03/2023 17:30

Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video

Read more
Multimedia 13/03/2023 15:04

Samir Salam saxlanıldı – VİDEO

Read more
Hadisə 13/03/2023 11:14

Bakıda kuryerlərin mopedləri oğurlanıb – VİDEO

Read more
Multimedia 13/03/2023 10:53

Roluna görə 136 kq-lıq kostyum geyindi – İlk “Oskar”ını aldı – VİDEO

Read more
Multimedia 13/03/2023 09:53

“Kişiləri kişi edən həyat yoldaşlarıdır” – Pənah Hüseyn – VİDEO

Read more
Multimedia 12/03/2023 23:23

Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO

Read more
Multimedia 12/03/2023 19:31

Qaz təchizatına müdaxilə hallarına qarşı tədbirlər görülüb – VİDEO

Read more
Multimedia 12/03/2023 13:20

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Hadisə 12/03/2023 10:50

Giləzidə hərbi sursat aşkar edilib – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla