
Ələt İqtisadi Zonasında yük (karqo) hava limanının tikintisi 2026-cı ilin sonunda tamamlanması planlaşdırılır.
Bu barədə Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
Onun sözlərinə görə, artıq yük hava limanının tikintisinə başlanılıb: “Bu hava limanı Azərbaycanın iqtisadiyyatı və qonşu ölkələr üçün mühüm üstünlüklər yaradacaq. Eləcə də geniş xidmətlər göstərəcək”.