Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib , 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.

İstinadlar Qafqazinfo