Sentyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
Iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin III rübü ərzində icra vəziyyəti barədə məlumat veriləcək, elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın (Handbook) təqdimatı olacaq. Həmçinin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sahibkarların məlumatlandırılması məqsədilə müzakirələr aparılacaq.