Müasir tranzistorlar məlumat mübadiləsini elektrik cərəyanının köməyi ilə həyata keçirirlər və bu proses işıq dalğalarının sürəti ilə müqayisədə çox sürətli deyil. Tədqiqatçılar qrupu tərəfindən hazırlanmış yeni optomexanik mikrosxem tipi siqnalı saniyənin milyondan bir hissəsindən az müddətdə göndərə bilir.

Istehsalçıların məlumatına görə, optik həllər informasiyanın işlənməsini və ötürülməsini sürətləndirməyə imkan verəcək. Tranzistorun konstruksiyası silisium lövhənin üstündə asılmış çox nazik qızıl diskdən ibarətdir: o, gərginlik verildikdə işıq dalğasının istiqamətini müəyyənləşdirərək bir tərəfə doğru əyilir.

Yeni hazırlama yalnız informasiyanı yüksək sürətdə ötürmür, həm də enerji cəhətdən səmərəlidir. Alimlər hesab edirlər ki, gələcəkdə optik tranzistorlara əsaslanan kompüterlər real vaxtda obyektlərin skan edilməsi sürətini xeyli artırmağa imkan verəcək.

Emil Hüseynov

İstinadlar ict news