“Son həftələr ərzində daha gənc yaşlarda ölüm halları da müşahidə olunur”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, virus nə qədər çox insana yoluxarsa, o qədər çox mutasiya edir: “Getdikcə daha da ağırlaşa bilir. Xəstəliyi ailələr şəklində ağır keçirənlər də var. Bir çox dünya ölkəsinin əksinə olaraq, Azərbaycanda qadınlar arasında yoluxma daha çoxdur. Bu da yas yerlərinə görədir. Elə yas yeri var ki, orada 84 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb”.