Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini, Əli Əhmədov bildirib ki, sonuncu görüşdən bəri Azərbaycanın ictimai və siyasi həyatında yeniliklər olub, uğurlar artıb: “Azərbaycanın iqtisadiyyatının artımı, ictmai-siyasi sabitliyin möhkəmləndirilməsi, siyasi proseslərin, xarici siyasətin həyata keçirilməsinin vəziyyəti ilə bağlı prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin ötən 3 ayının nəticələri ilə əlaqədar müşavirəsində geniş şərh verdi. Məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişafı davam etməkdədir, ümumi iqtisadi inkişadın artım tempi artmaq meyli nümayiş etdirir.Azərbaycanın iqtisadiyyatında prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf tempi müxtəlif sahələrdə özünün artım tempini nümayiş etdirir. Ümumdaxili məhsul artıb, ən başlıca cəhət ondan ibarətdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sayəsində qeyri-neft sektorunun, xüsusilə sənayə sahəsinin artım tempi xeyli yüksəlib. Qeyri-neft sektoru neft sektorundan daha böyük sürətlə inkişaf edir.

Oxumağa dəyər:   Universitetdən 30-a yaxın müəllim işdən çıxarılıb? - Xalq artistindən açıqlama

Azərbaycanda kənd təsərrüfatında, ixracda, xüsusilə, sənaye məhsullarının ixracında artım müşahidə edilir. Ölkəmizdə iqtisadiyyatın artması ilə dövlət xəzinəsinə daxil olan vəsaitlərin artması nəticəsində əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atılıb. Prezidentin imzaladığı bir çox sərəncamlar nəticəsində vətəndaşların müxtəlif kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən artımlar olub. Minimum əmək haqqının 40 faizə qədər artırılması təxminən 600 min vətəndaşın əmək haqqına bilavasitə təsir göstərib. Eynilə də, minimum pensiyanın təxminən 40 faiz artması nəticəsində yenə də 600 minə yaxın təqaüdçünün aldığı məbləğ əhəmiyyətli dərəcədə artıb. Qırx faizə yaxın artım bütövlükdə ailə büdcəsinə təsir edən amildir. Bu kateqoriyadan olan insanların həyat səviyyəsi yaxşılaşıb. Digər kateqiyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün ciddi adımlar atılıb. Əhalinin müxtəlif kateqriyalarına edilən güzəştlər, tələbələrə ödənilən təqaüdlər, məcburi köçkünlərə edilən güzəştlər və müavinətlər 50 faizdən iki dəfəyə qədər artırılıb. Hesablanıb ki, artırılan müavinətlər və əmək haqları 3 milyona yaxın vətəndaşın büdcəsini artırıb. Azərbaycanda 2,5 milyon ailə var, bu da o deməkdir ki, bu artımlardan hər bir ailə fayda görə bilib. Elə bir ailə yoxdur ki, onun gəlirlərində müəyyən dəyişikliklər olmasın. Beləliklə, ölkəmizdə iqtisadiyyatın inkişafı nəticəsində əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır. Bu imkanlar hökümətə maaşların, digər ödənişlərin artırılması üçün şərait yaradır. Prezidentin açıq şəkildə bəyan etdiyi kimi, bunlar son artımlar deyil. Bundan sonra da Azərbaycanın iqtisadiyyatı artdıqca həm maaşların, həm pensiyaların, həm digər müavinətlərin artırılması üçün müvafiq tədbirlər görüləcək. Xüsusi diqqət göstərilən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, onlar üçün tikilən evlərin sayının artırılması üçün qərarlar verilib”.

Oxumağa dəyər:   Azərbaycan əhalisi 46 min 417 nəfər artdı