“Elə bil böyük qardaşımı itirmişəm”. 

Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə çox optimist insan idi: “O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, “sən cavanlardan daha çox operativsən”. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”.

İstinadlar Qafqazinfo