Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

O, vəsiyyətinə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.

Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub.

İstinadlar APA , Qafqazinfo