Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.

Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələr arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.