“2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının bir neçə gün ərzində darmadağın edilməsi zamanı da Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları yüksək səviyyədə icra olundu, o cümlədən “Harop” zərbəendirici pilotsuz uçuş aparatlarının ilk döyüş tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi”.

Bunları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib:

“2018-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını və şəxsi heyətinin peşəkarlığını nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu”.

İstinadlar Report