Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksika Senatının sədri Herardo Fernandes Noronya ilə görüş keçirib.
Bu barədə Meksika Senatının “X” səhifəsindəki paylaşımında bildirilir.
Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin xalqlar arasında qardaşlıq əlaqələri bir daha təsdiqlənib və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi niyyəti ifadə olunub.
Tədbirdə Meksika Senatının xarici əlaqələr komitəsinin üzvləri də iştirak ediblər.