Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin legitim hərbi hədəflərinə qarşı olub.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu hadisələr zamanı Qarabağın mülkü əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib.