Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxılıb.

Iclasda Konstitusiya Məhkəməsinə Humay Elçin qızı Əfəndiyevanın namizədliyi məsələsi müzakirə edilib.

Deputatlar H.Əfəndiyevanın namizədliyi məsələsinə müsbət rəy veriblər. Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin sabiq müavini, yazıçı Elçin Əfəndiyevin qızıdır. H. Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir.