Fransa törətdiyi müharibə cinayətlərini rəsmi şəkildə tanımalıdır.

Bu fikirləri “Report”un Fransa bürosuna Parisdə yaşayan əlcəzairli həkim, tibb elmləri doktoru Attar Camel bildirib.

Onun sözlərinə görə, Fransada yaşayan əlcəzairlilər, Fransa dövlətindən keçmişdə törətdiyi müharibə cinayətlərini rəsmi şəkildə tanımasını tələb edir:

“Biz istəyirik ki, Fransa dövləti muzeylərdə saxladığı Əlcəzairin şəhid oğullarının kəllələrini vətənlərinə qaytarsın. Bu tarixi haqsızlıq qarşısında Fransa utanmalıdır. Müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin kəllələrini muzey eksponatı kimi nümayiş etdirmək insanlığa sığmayan bir rəzalətdir.”

A.Camel deyib ki, Fransa Əlcəzairin həm maddi, həm də mənəvi sərvətlərini mənimsəyib:

“Biz, Fransada yaşayan əlcəzairlilər bu ölkəyə illərlə töhfə vermişik, lakin unutmamalıyıq ki, Fransa Əlcəzairi talan edib, həm maddi, həm də mənəvi sərvətlərimizi mənimsəyib”.

Həkim qeyd edib ki, Fransada yaşayan əlcəzairlilərə “öz evinizə qayıdın” deyilir.

İstinadlar Report