“Hazırda oktyabrın 5-də əldə olunmuş “OPEC plus” sazişlərinə yenidən baxılması üçün danışıqlar aparılmır”.

Bunu Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab deyib.

Onun sözlərinə görə, “OPEC plus”un bütün qərarları təşkilatın iclaslarında tam şəffaflıq şəraitində qəbul edilir: “Bu cür spekulyasiyalar neft bazarlarını poza bilər”.

Səudiyyə Ərəbistanı və digər OPEC+ neft istehsalçıları hasilatı gündəlik 500 min barrelə çatdırmağı müzakirə edirlər.

Təşkilat hasilatın artırılması məsələsinə dekabrın 4-də – Avropa İttifaqı tərəfindən Rusiya neftinə mümkün embarqodan bir gün əvvəl keçiriləcək iclasda baxmağı planlaşdırır.

Qeyd edək ki, oktyabr ayının 5-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qərara qəbul edib. Qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

İstinadlar Report