“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk”.

Bunu Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra deyib.

“Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”, – o bildirib.

Onun sözlərinə görə, Əlcəzair və Azərbaycan digər platforma və təşkilatlar, o cümlədən BMT, OPEC+ və Qaz İxracatçısı Ölkələrinin Forumu çərçivəsində əməkdaşlıq edir.

İstinadlar Report