Əlcəzair prezidenti Abdelmacid Tebboun ölkənin hazırkı buğda ehtiyatlarının 8 ay davam edəcəyini bildirib.

“Hazırda Əlcəzairin səkkiz ay davam edəcək buğda ehtiyatları var. Biz cənub və şimalda iki aydan sonra biçin kampaniyası ərəfəsindəyik”, – dövlət başçısı bildirib.

Tebbun dövlət tərəfindən kənd təsərrüfatı istehsalının stimullaşdırılması, o cümlədən, ilk növbədə, fermerlərdən taxıl və paxlalı bitkilərin alış qiymətlərinin artırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

Onun fikrincə, beynəlxalq bazarda taxılın qiymətinin artmasının ölkəyə təsirini azaltmaq üçün milli istehsal artırılmalıdır:

İstinadlar Report