Əlcəzairdə növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb.

Bu barədə Əlcəzair milli radiosu məlumat yayıb.

Ölkə prezidenti postu üçün üç namizəd mübarizə aparır: “Sosialist Qüvvələr Cəbhəsi”ndən Yusef Auşiş, “Sülh uğrunda cəmiyyət hərəkatı” partiyasından Abdelali Həsəni Şərif və hazırkı Prezident Əbdülməcid Tebbun.