Əlcəzairdə 115 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə koronavirusun yayılmasının monitorinqini aparan hökumətin elmi komitəsi bəyanat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 10 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 631 nəfər müalicə olunaraq sağalıb.

Qeyd olunub ki, koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin 66 faizi yaşı 65-dən yuxarı olan ölkə vətəndaşlarıdır.

İstinadlar Report