
Qlobal Cənub ölkələrindən olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri ümumi maraq doğuran məsələlərin müzakirə ediləcəyi birgə platforma yaratmaq üçün bu gün Bakıda toplaşıblar.
Bu barədə Əlcəzair Gənclər Assosiasiyasının nümayəndəsi Matuk Smaon bildirib.
“Bu platformada iştirak edən hər kəs bərabərsizliklə mübarizə, iqlim dəyişikliyi səbəbindən planetimizi təhdid edən çağırışlara qarşı durma, həmçinin vətəndaş cəmiyyəti təşkilatları və assosiasiyalarının Cənubun ən kasıb ölkələrinin inkişafına töhfə verilməsində iştirakını təşviq etmək kimi məsələlərlə bağlı fikir mübadiləsi apara biləcəklər”, – M.Smaon qeyd edib.
O hesab edir ki, bu, belə görüşlər və müzakirələr vasitəsilə davamlı inkişaf məqsədlərinə nail olmağa töhfə vermək üçün yaxşı imkan və əlverişli mühitdir.