Əlcəzairdə Əbdüləziz Cerradın başçılıq etdiyi hökumət seçkilərlə bağlı istefa verib.

Məlumatı iyunun 24-də Əlcəzair prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Əlcəzair prezidenti Əbdülməcid Tebbun baş nazir Əbdüləziz Cerradın istefasını qəbul edib və yeni hökumət formalaşdırılanadək səlahiyyətləri icra etməyi tapşırıb.

Xatırladaq ki, bu ilin fevralında Tebbun parlamentin buraxılması və ölkənin siyasi həyatında gənclərin iştirakına şərait yaratmaq məqsədilə iyunun 12-də növbədənkənar seçkilərin keçirilməsinə dair qərar qəbul etmişdi. Seçkilərdə Milli Azadlıq Cəbhəsi Partiyası qalib gəlib.