Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. 

Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

O bildirib ki, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir. 

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan 3 aktiv layihə var: “Bunlar məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo