Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

İstinadlar Report