Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və onların müavinlərinin hərb sənəti, bölmələrin idarə edilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərar qəbuletmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə komandir hazırlığı məşğələsi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Zabitlər “Qarovul şəhərciyində qarovula təyin olunmuş şəxsi heyətin təlimatlandırılması metodikası”, “Artilleriya divizionu ilə döyüş atışlı taktiki təlimin təşkili və keçirilməsi” mövzularından praktiki dərslərdə iştirak edib və atıcı silahlardan atış çalışmalarını yerinə yetiriblər.

Məşğələ zamanı zabitlər xüsusi təyinatlı bölmələr tərəfindən kəşfiyyat cığırının dəf edilməsi və yüksəklikdə yerləşən düşmən obyektlərinin ələ keçirilməsi üzrə fəaliyyətləri izləyiblər.

Təlim-Tədris Mərkəzində keçirilən nəzəri dərslərdə Hüquq, Maddi-texniki təminat, Dövlət sirrinin mühafizəsi və Mənəvi-psixoloji hazırlıqdan mühazirələr oxunub.

İstinadlar Report