“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

İstinadlar Report