“Əl-Kaida” terror təşkilatının Şimali Afrikadakı lideri Abdulmalik Drukdal və onun ətrafındakı şəxslər zərərsizləşdirilib.

Bu barədə Fransanın müdafiə naziri Florans Parli bildirib.

0, qeyd edib ki, bununla bağlı əməliyyat Malinin şimalında keçirilib.

“Fransa qüvvələri müttəfiqlərin dəstəyi ilə “İslam Məğribi ölkələrində “Əl-Kaida” əimiri Abdulmalik Drukdalı və onun bir çox əməkdaşını Malinin şimalındakı əməliyyatın gedişatında zərərsizləşdirdi”, – Parli özünün “Twitter” şəbəkəsindəki hesabında yazıb.

O, qeyd edib ki, Drukdal “Əl-Kaida”nın Şimali Afrikadakı bütün qruplarına rəhbərlik edirdi.

İstinadlar Report