
Hərbi əməliyyatlar ali komandanlığının təmsil etdiyi Suriyanın yeni hakimiyyət orqanları ABŞ hökumətini ərəb ölkəsinə qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Dekabrın 20-də Suriyanın paytaxtına ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens də səfər edib.