Fələstinin HƏMAS hərəkatının və İsrailin nümayəndələri martın 3-də Misirin paytaxtı Qahirəyə gələcəklər.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qəzza zolağında atəşkəsə nail olmaq üçün çoxtərəfli danışıqları davam etdirəcək və girovların fələstinli məhbuslarla mübadiləsinə dair razılaşmanın detalları müəyyən ediləcək.

İstinadlar Report