
Ekvadorun hazırkı prezidenti Daniel Noboa dövlət başçısı seçkilərində liderlik edir və birinci turda qalib gələ bilər.
Bu barədə “Teleamazonas” telekanalının dərc etdiyi ekzit-pol nəticələrindən məlum olub.
Bu məlumatlara görə, Noboa seçicilərin 50,12 %-nin, əsas rəqibi Luisa Qonsales isə 42,21 %-nin dəstəyini qazanıb. Qələbə üçün namizəd mütləq səs çoxluğunu və ya ən azı 40 % səs toplamalıdır, lakin bu halda ən yaxın rəqibindən ən azı 10 faiz çox səs almalıdır.