“Azərbaycanın Qoşulmama Hərəkatında yürütdüyü siyasəti yüksək qiymələndiririk”.

Bunu Ekvador parlamentinin deputatı Pamela Aquerre Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

O, Azərbaycanın Qoşulmama Hərəkatında (QH) rolunu vurğulayıb: “Azərbaycanın bu təşkilat çərçivəsində yürütdüyü siyasət başqaları üçün nümunə ola bilər. Vacib məsələləri müzakirə etmək və mümkün həll yolları tapmaq üçün bu gün, məhz bu dövlətin sayəsində bir araya gəlmişik”.

Onun sözlərinə görə, bu konfrans son dərəcə mühüm əhəmiyyət kəsb edir: “Adətən dövlətlər sülhü bir tərəfdən görürlər. Məsələn, mənim olduğum Latın Amerikasında daim şimala – Avropa İttifaqı və ABŞ-a doğru baxırıq. Lakin dünya daha genişdir. O, müxtəlif mədəniyyətlərdən, müxtəlif siyasi baxışlardan ibarətdir. Birlikdə olarkən ölkərimizin problemləri haqqında danışırıq və bəzən ölkələrimizin problemləri üst-üstə düşür. Halbuki, bir ölkə üçün problemin məqbul həll yolu digər ölkə üçün məqbul olmaya bilər”.

P.Aquerre nümunə kimi Ekvadorda iqlim dəyişiklikləri problemini göstərib, Ekvadorun əsasən kənd təsərrüfatı ölkəsi olduğunu, lakin yağıntıların azlığı səbəbindən bu sahədə vəziyyətin bir o qədər də ürəkaçan olmadığını bildirib: “Bu problemi həll etmək üçün daha inkişaf etmiş və zəngin dövlətlərlə dialoqlarımız olub, çünki bu, ayrı-ayrı ölkələrin deyil, qlobal problemdir”.

İstinadlar Report