
Ekvadorun mərkəzində Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 23 nəfərin ölümü təsdiqlənib.
Bu barədə məlumatı ölkənin Baş Prokurorluğu tvitterdə yayıb.
“Hazırda 23 ölüm hadisəsi qeydə alınıb” – məlumatda bildirilir.
Qurum cəsədlərin kimliyi müəyyən edildikdən sonra onların yaxınlarına təhvil veriləcəyini vurğulayıb. Qeyd edək ki, daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.