Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb.

Bu barədə ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb.

Daha əvvəl 8 nəfərin öldüyü, 71 nəfərin itkin düşdüyü bildirilirdi.

Məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.

İstinadlar Report