Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində 46 nəfər itkin düşüb.

Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yenilənmiş məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib. “27 nəfər yaralanıb, 46 nəfər itkin düşüb”, – idarənin tvitterdəki səhifəsində yayılan hesabatda deyilir.

Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zərər gördüyünü bildirib.

İstinadlar Report