
Ekvadorun qərbindəki Manabi əyalətində xoruz döyüşü iştirakçıları silahlı hücuma məruz qalıb.
Qeyd olunub ki, terrorçu “Los Lobos” qruplaşması üzvlərinin xoruz döyüşü iştirakçılarına silahlı hücumu nəticəsində qadın və azyaşlılar da daxil olmaqla 11 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Nəşr qeyd edib ki, terrorçular mükafat fondundan 20 min dollar oğurlayıblar.