Ekvadorda elektrik verilişi xəttində baş vermiş qəza səbəbindən elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi müşahidə olunur.

Bu barədə çərşənbə günü nəqliyyat və ictimai işlər naziri Roberto Luke sosial şəbəkədə bildirib.

“Milli şəbəkə operatorunun hesabatına görə, elektrik verilişi xəttində nasazlıq yaranıb və nəticədə ölkə ərazisində elektrik enerjisi verilmir. Səlahiyyətlilər problemi aradan qaldırmaq üçün çalışır”, – o qeyd edib.

İstinadlar Report