Ekvadorun cənub-şərqində yerləşən Morona-Santiyaqo əyalətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər həlak olub.
Bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Hallar üzrə Milli Xidməti məlumat yayıb.
Bildirilib ki, içərisində 11 nəfərin olduğu pikap Mendes icmasının Bella-Yunion bölgəsində Paute çayının dərəsinə düşüb. Qəza nəticəsində bir neçə uşaq da daxil olmaqla 10 nəfər həlak olub. 3 yaşlı qız möcüzəvi şəkildə sağ qalıb və xəstəxanaya yerləşdirilib.