Ekvadorun cənubunda mədən yaxınlığında qruplaşmanın toqquşması nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə ölkə polisi sosial şəbəkədə bildirib.

“Çərşənbə axşamı səhər saatlarında Asuay əyalətinin Kamilo-Ponse-Enrikes kantonunda mədəndə mütəşəkkil cinayətkar qrupların üzvləri arasında baş verən qarşıdurma 5 nəfərin ölümünə səbəb olub. Üç nəfər yaralanıb”, – məlumatda deyilir.

İstinadlar Report