Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada atışma nəticəsində 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Məlumata görə, qarışıqlıq zamanı 28 məhbus qaçmağa cəhd göstərib. Hazırda həbsxananın ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılıb, vəziyyət nəzarətə götürülüb.

Fevral ayında bir neçə Ekvador həbsxanasında məhbusların üsyanı olmuş, nəticədə 80-ə yaxın insan həyatını itirmişdi. Buna səbəb ədavət aparan dəstələrin mübarizəsi idi.

İstinadlar Qafqazinfo