Ekvadorda hökumətin iqtisadi siyasətinə qarşı etiraz nümayişləri zamanı 37 nəfər saxlanılıb.

Bunu daxili işlər naziri Aleksandra Vela bildirib.

Onun sözlərinə görə, bir qrup şəxs “Konstitusiya və Cinayət Məcəlləsi ilə bir araya sığmayan hərəkətlər”inə görə saxlanılıb.

Nümayişlər əksər hallarda dinc şəkildə keçsə də, paytaxt Kuitonun mərkəzində bəzi etirazçılar polisə daş və taxta atıb, asayiş keşikçiləri də bibər qazı tətbiq ediblər.

İstinadlar Report