
“Ekvador Rusiya istehsalı hərbi avadanlıqlarını ABŞ-a tədarük etməyəcək”.
Bu barədə Rusiyanın Ekvadordakı səfiri Vladimir Sprinçan ölkə prezidenti Daniel Noboa ilə görüşdən sonra məlumat verib.
Onun sözlərinə görə, Ekvador prezidenti görüş zamanı ölkənin neytral statusunu xüsusi vurğulayıb
“Ölkə bitərəf statusunu və BMT-də daimi üzvlüyünü nəzərə alaraq, heç kim tərəfindən münaqişəyə cəlb oluna bilməz. Ekvadorun mövqeyi gərgin bölgələrə silah və sursat göndərmək deyil, münaqişələrin diplomatik vasitələrlə sülh yolu ilə həllinə töhfə verməkdir”.