“Yaxın aylarda vasitəçi ölkələrin (əsasən də ABŞ və Fransa) nümayəndələrinin, həmçinin rəsmi İrəvanın ATƏT-in Minsk Qrupu formatında dialoqun zəruriliyini daha tez-tez xatırladacaqlarını gözləmək olar”.

Bu barədə “Report”a Siyasi və iqtisadi kommunikasiyalar agentliyinin aparıcı analitiki Mixail Neyjmakov İqor Kovayevin Rusiyanın ATƏT-in Minsk Qrupunda yeni həmsədri təyin edilməsini şərh edərkən bildirib.

“Bu formatla bağlı rəsmi İrəvanın müraciətləri dəfələrlə təkrarlanıb. Bu mövqeni həm xarici (həmsədr ölkələrin maraqları arasındakı fərqlərin, əsasən də Fransanın xüsusi mövqeyinin hesabına manevr imkanları qazanmaq istəyi), həm də daxili siyasi motivlər şərtləndirir”, – o qeyd edib.

Ekspertin fikrincə, yeni nümayəndənin təyin edilməsi rəsmi Moskvanın ABŞ və Fransa ilə birlikdə işləməyə hazır olduğunu göstərmək üçündür.

İstinadlar Report